ABŞ-li basketbolçu “Naxçıvan”la müqavilə imzaladı

14.11.2026 11:24 0
İdman
ABŞ-dən olan basketbolçu Aubri Makalpayn “Naxçıvan”a keçib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisi məlumat yayıb.

Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Makalpayn 2023/24 mövsümündə də “Naxçıvan”ın formasını geyib. O, son olaraq ötən mövsüm “LANDAU Lions” komandasında çıxış edib.