Pokatilov millidə iki qol buraxdı

14.11.2026 10:28 9
Dünya futbolu
Qazaxıstan millisi Millətlər Liqasının C Liqasında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə Moldova ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Qazaxıstan millisinə dəvət alan “Sabah”ın qapıçısı Stas Pokatilov da bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və görüşü əvəz olunmadan keçirib.

Moldova yığmasına çağırılan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi isə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qrupda Moldova millisi 7 xalda 2-ci, Qazaxıstan isə 2 xalla 4-cü sıradadı.