Premyer-liqada yeni rekord müəyyən etdi

14.11.2026 09:28 0
Dünya futbolu
Miki van de Ven adını rekorda yazdırıb.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in kapitanı İngiltərə premier-liqasında ardıcıl dəqiq ötürmələrin sayına görə yeni rekorda imza atıb.

Niderlandlı müdafiəçi “Çelsi” ilə matçın 39-cu dəqiqəsindən başlayaraq ardıcıl 191 ötürməsinin hamısını dəqiq yerinə yetirib. O, “Çelsi” ilə oyunda 39, “Kristal Pelas”la oyunda 123, “Lids”lə oyunda isə 28 ötürmənin hamısında dəqiqliyə nail olub. Bununla da 25 yaşlı futbolçu adını turnirin tarixinə yazdırıb.

Van de Ven “Tottenhem”də 2023-cü ildən çıxış edir. O, premyer-liqada meydana çıxdığı 84 oyuna 7 qol vurub.