Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyalarının Federasiyası (FIFPro) 2026-cı ilin rəmzi komandasını açıqlayıb. Diqqəti cəlb edən məqamlar var.
"Football-plus.az" xəbər verir ki, 73 ölkədən 19806 peşəkar futbolçunun səsverməsi ilə müəyyənləşən komandaya 1 qapıçı, 3 müdafiəçi, 3 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib. Maraqlıdı ki, “Qızıl top”un son sahibi Harri Keyn rəmzi komandaya düşə bilməyib. Belə hala isə rəmzi komandanı müəyyən edən sorğunun keçirilməyə başlandığı 2005-ci ildən sonra ilk dəfə təsadüf edilib. Necə deyərlər, ofsayda düşən Keyn 27,6 faiz səs toplamaqla hücumçuların siyahısında 5-ci yeri tutub.
Maraq üçün forvardlardan Kilian Mbappenin 46, Lamin Yamalın 37,4, Lionel Messinin 29,5, Erlinq Holannın isə 28,4 faiz səslə ilk “4-lüy”ə düşdüklərini qeyd edək.
Vurğulanası digər fakt isə Messinin 2023-cü ildən sonra ilk dəfə ilin komandasına layiq bilinməsidi. “İnter Mayami”nin argentinalı hücumçusu bununla da özünə məxsus olan rekordu yeniləyib: Lionel rəmzi komandaya 18-ci dəfə düşüb. Bu planda sonrakı yerləri portuqaliyalı Kriştiano Ronaldo (15) ilə ispaniyalı Serxio Ramos (11) tuturlar. FIFPro-nun sona yaxınlaşan ilin rəmzi komandasını nəzərinizə çatdırırıq:
Qapıçı: David Raya (Arsenal).
Müdafiəçilər: Pau Kubarsi (Barselona), Əşrəf Hakimi (PSJ), Nunu Mendeş (PSJ).
Yarımmüdafiəçilər: Cud Bellingem (Real), Rodri (Mançester Siti/Barselona), Vitinya (PSJ).
Hücumçular: Erlinq Holann (Mançester Siti), Kilian Mbappe (Real), Lionel Messi (İnter Mayami), Lamin Yamal (Barselona).
“Qızıl top”un son sahibi “ofsayda düşdü”!
Dünya futbolu





