İspaniyada böyük faciə: dünən axşam qapıçı ilə toqquşdu, səhər öldü...

3.11.2026 14:50 54
Dünya futbolu / Manşet
İspaniyadan bəd xəbər gəlib. Belə ki, dünən La Liqa 2-də keçirilən “Tenerife” – “Andorra” oyununun sonunda zədələnən Xesus de Migeli xilas etmək mümkün olmayıb.

Epizodun təkrarında baxanda adamı vahimə basır. 7-ci uzatma dəqiqəsində - hesab 2:2 olarkən “Tenerife” hücuma çıxır. Hücumçu Xesus de Migelin qarşısını almaq istəyən qapıçı Xesus Ovono qapını tərk edir və ona dizi ilə zərbə vurur. 30 yaşlı hücumçu yerdə qalır. Qapıçı dərhal qırmızı vərəqə ilə qovulur. Huşunu itirən hücumçu meydandan çıxarılır və dərhal xəstəxanaya aparılır. “Təcili yardım” maşınında onun ürəyi dayanır, nəbzi vurulur.

Bu gün səhər saatlarında isə artıq intensiv terapiya şöbəsində olan De Migelin dünyasını dəyişməsi haqda xəbər yayılır.

...Bax, futbolun belə amansız sifəti də var.