Oyun zamanı dünyasını dəyişdi

11.07.2024 16:25 360
Dünya futbolu
Misir futbolunda faciə baş verib.

“Fyuçe”nin oyunçusu Əhməd Refaat yaşıl meydandaca dünyasını dəyişib...

31 yaşlı hücumçu Misir çempionatının 11-ci turunun “Əl-İttihad” ilə keçirilən matçı zamanı qəfildən yerə yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Əhmədin ürəktutması keçirdiyi məlum olub.

Qeyd edək ki, Misir yığmasında keçirdiyi 7 matçda 2 qol vuran Refaat peşəkar karyerasında 211 oyunda meydana çıxıb.