FİFA referisi Əliyar Ağayev Avropa Liqası oyununa təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, "Selta" (İspaniya) və Belçika "Yunion"u arasında keçiriləcək liqa mərhələsinin 4-cü turunun matçını idarə edəcək. Ədalət təmsilçisinə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Xatırladaq ki, İspaniyanın Viqo şəhərində noyabrın 5-dən 6-na keçən gecə keçiriləcək "Selta" - "Yunion" oyunu Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
Ölkə futbolu





