Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionu olan Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 20.30-da start götürəcək.
Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.
Xatırladaq ki, "Turan" 2-ci təsnifat mərhələsində Xorvatiya "Mladost"unu üstələyib - 3:0, 3:2.
"Mladost" getdi, "Maritsa" gəldi - "Turan" ardıcıl üçüncü qələbəsini qazana biləcəkmi?
İdman





