"Araz-Naxçıvan": 40-cı heç-heçə

3.11.2026 15:20 18
Ölkə futbolu
“Araz-Naxçıvan” ölkə çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 10-cu turunda gerçəkləşib. Muxtar Respublika təmsilçisi öz meydanında “Zirə” ilə sülhə imza atıb – 2:2.

“Araz-Naxçıvan” premyer-liqada keçirdiyi 157-ci matçında “40”a çatıb. Heç-heçələrdən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb. Naxçıvan təmsilçisi turnirin tarixində ən azı 40 görüşdə bir xal əldə edən 21-ci komandadı.