"Turan" voleybol klubu ÇL-də ilk qələbəsini qazandı

20.10.2026 21:16 45
İdman
Qadınlardan ibarət "Turan" voleybol klubu bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Xorvatiya "Mladost"u ilə üz-üzə gəlib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma saat 19.00-da start götürüb. Tovuz təmsilçisi 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə Xorvatiya komandasına qalib gəlib.

"Turan" bu rəqib ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.