Kilian Mbappe çinlilərin qınağına səbəbkar olub. “Real”ın hücumçusunun internet memi ilə bağlı açıqlaması onun Çin şirkətləri ilə reklam sahəsində əməkdaşlığına mənfi təsir edib.
"Football-plus.az" xəbər verir ki, Çin şirkətləri olan “Dongpeng” enerji içkiləri istehsalçısı və ölkənin ən böyük süd məhsulları təchizatçılarından biri “Mengniu” fransalı futbolçu ilə tərəfdaşlığı dayandırmaq qərarına gəlib. Buna Mbappenin müsahibələrinin birində sevimli internet memindən danışması səbəb olub. Futbolçu üzünün qrafik redaktə vasitəsilə Çinin keçmiş lideri Mao Tszedunun üzərinə yerləşdirildiyi təsviri xatırladıb. Nəticədə internet memi - yəni, yumor və ya satira məqsədi daşıyan şəkil ilə bağlı açıqlama Mbappenin Çin reklam bazarındakı tərəfdaşlıqlarına mənfi təsir göstərib.
Son günlər sosial şəbəkələrdə Kilianı “diktator” adlandıran zarafatlar da yayılıb. Bu, bəzi azarkeşlərin fransalı hücumçunun həm “Real”da, həm də Fransa yığmasında baş verən proseslərə ciddi təsir göstərdiyi qənaəti ilə əlaqələndirilir.
Vəziyyətin ciddiliyini nəzərə alan İspaniya La Liqası çinli azarkeşlərdən üzr istəyib. İspaniya çempionatının yüksək liqasının mətbuat xidməti bununla bağlı bəyanat yayıb. Bəyanatda Mbappenin fikirlərinin şəxsi mövqeyini əks etdirdiyi və La Liqanın mövqeyi ilə əlaqəli olmadığı vurğulanıb. Qurum həmçinin onun açıqlamasının çinli azarkeşləri təhqir etməsindən təəssüfləndiyini bildirib. La Liqa Çin xalqına və qurumlarına hörmətini ifadə edərək yaranmış vəziyyəti həll etmək üçün ölkədəki tərəfdaşları və rəsmi qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb.
“Real”rəhbərliyi də Mbappenin Çinin keçmiş lideri Tszedunla bağlı zarafatından sonra yaranan qalmaqala münasibət bildirib. Madrid klubu rəsmi saytı vasitəsilə Çin xalqından üzr istəyib və futbolçunun sözlərinin narahatlıq yaratmasına görə təəssüfünü ifadə edib.
Mbappe çinliləri özündən küsdürdü
Dünya futbolu





