Telefona baxma, hədiyyə qazan!

3.11.2026 10:00 18
Dünya futbolu
Dortmund “Borussiya”sı azarkeşləri üçün maraqlı yenilik tətbiq etməyə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubu matç zamanı mobil telefonlarından istifadə etməyən azarkeşlərini mükafatlandıracaq.

Fanatlar klubun mobil tətbiqinə əlavə edilən “FanModus” funksiyası vasitəsilə oyun ərzində telefonlarının ekranını kilidli saxladıqları hər dəqiqəyə görə xal qazanacaqlar. Ən çox xal toplayan azarkeşlər imzalı futbol formaları və klubun rəsmi mağazasında istifadə edə biləcəkləri hədiyyə çekləri qazanmaq imkanı əldə edəcəklər.