Mahirin komandası AEK-ə qarşı

8.08.2023 10:52 197
Çempionlar Liqası
Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya "Dinamo"su Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Zaqreb təmsilçisi Yunanıstan AEK-nin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 15-i keçiriləcək.

8 avqust

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun

22.45 AEK (Yunanıstan) - Dinamo (Xorvatiya)