Qitələrarası Kubokun (QK) final matçının keçiriləcəyi tarix və stadion müəyyənləşib. Məlumatı turnirin təşkilatçısı FİFA açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, həlledici oyun dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərindəki “Əhməd bin Əli” stadionunda keçiriləcək.
Artıq turnirdə Avropadan PSJ (Fransa), Şimali və Mərkəzi Amerikadan “Toluka” (Meksika), Afrikadan “Mamelodi Sandaunz” (Cənubi Afrika) komandalarının iştirakı dəqiqləşib. Sonuncu klub isə Libertadores Kubokunun qalibi olacaq: Cənubi Amerikanı QK-da ya “Palmeyras” (Braziliya), ya da “Estudiantes” (Argentina) təmsil edəcək.
Xatırladaq ki, turnirin sonuncu qalibi 2025-ci ildə keçirilən finalda Braziliyanın “Flamenqo” klubunu məğlub edən (1:1, p. - 2:1) PSJ olub.
QK-nın finalına aydınlıq gəldi
Dünya futbolu





