"Turan" "Mladost"a qalib gəldi, mərhələ adladı - ÇL

30.10.2026 09:59 90
İdman
Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Ziya Rəcəbovun komandası Xorvatiya təmsilçisi "Mladost"un qonağı olub.

"Turan" səfərdə 3:2 (25:22 21:25, 25:23, 23:25, 15:13) hesablı qələbə qazanaraq mərhələni adlayıb.

Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubuna rəqib olub.

Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb.