Bilindiyi kimi, Vensan Kompani artıq son iki oyunda komandasına başçılıq edə bilməyib. “Bavariya”nın çalışdırıcısının yaxşıca istirahətə ehtiyacı var.
Football-plus.az" xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Kompani səhhətində yaranan problemlərə görə bir müddət komandanın oyunlarında iştirak edə bilməyəcək.
40 yaşlı belçikalı mütəxəssis bir neçə gün əvvəl klubun əvəzedici komandasının məşqi zamanı vəziyyəti pisləşdiyi üçün helikopterlə xəstəxanaya aparılmışdı. Kompani uzun müddət ərzində yuxusuna kifayət qədər vaxt ayırmayıb və həddən artıq qəhvə qəbul edib. Gərgin iş rejiminin onun səhhətinə mənfi təsir göstərdiyi bildirilir.
Artıq xəstəxanada qısa müddət keçirən məşqçiyə evə qayıtmağa icazə verilib. Lakin Kompani hələlik komandanın məşqlərinə və oyunlarına rəhbərlik edə bilməyəcək. Belçikalı mütəxəssis noyabrın 9-dan 17-dək davam edəcək beynəlxalq fasiləyədək evdə istirahət edəcək və bərpa kursu keçəcək.
Başqa sözlə, “Bavariya” Dortmund “Borussiya”sı, “Atletiko” və “Maynts-05” ilə oyunlara baş məşqçinin iştirakı olmadan çıxacaq. Kompaninin noyabrın 20-də “Köln”lə keçiriləcək matçda komandanın başına qayıdacağı gözlənilir.
Kompaninin dərdinə əlac tapıldı
Dünya futbolu




