Qadınlardan ibarət "Turan" voleybol klubu bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Xorvatiya "Mladost"u ilə üz-üzə gələcək.
Tovuz Olimpiya İdman Kompleksində keçirilləcək qarşılaşma saat 19.00-da start götürəcək.
"Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.
"Turan" Çempionlar Liqasında debüt edir
İdman





