Derbinin cəzaları bəlli oldu

30.10.2026 14:00 45
Dünya futbolu
Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Nizam-İntizam Komitəsi ötən bazar günü baş tutan qalmaqallı derbi ilə bağlı cəzaları açıqlayıb.

Xatırladaq ki, ''Qalatasaray''ın 2:1 qalib gəldiyi derbinin ardından futbolçular arasında ciddi münaqişə yaşanmışdı. Gərginlik yaşayan Kərəm Aktürkoğlu ilə Roland Şallai sarı, bir-birinin boynuna sarılaraq əməlli-başlı başlı güləşən Əbdülkərim Bardakcı ilə Arçi Braun qırmızı vərəqə almışdı. NİK Bardakcıya 3, Brauna 2 oyunluq cəza verib. Aktürkoğlu ilə Şallainin münaqişəsi hakimin raportunda qeyd olunmadığından onlara cəza verilməyib.

Bundan başqa klubların özlərinə də müxtəlif cəzalar verilib. ''Qalatasaray''a hətta tabloda ''Fənər''in federasiya tərəfindən icazə verilməyən loqosu istifadə edildiyinə görə 280 min lirə cəza verilib. Ümumilikdə ''Qalatasaray''a 4 ayrı maddəyə görə 1 milyon 620 min avro, ''Fənərbaxça''ya isə 4 müxtəlif maddəyə görə 1 milyon 280 min avro para cəzası verilib. Eləcə də nalayiq təzahüratlara görə ''Qalatasaray''ın bəzi tribunalarına növbəti ev oyununda azarkeşlər buraxılmayacaq.

Eyni səbəb üzündən ''Fənər''in isə növbəti səfər oyununa bəzi azarkeşlər aparılmayacaq.