"Turan Tovuz"un çempionla duelində anşlaq olacaqmı? - biletlərin hələ onda biri satılıb...

30.10.2026 14:52 45
Ölkə futbolu / Manşet
Bu gün Misli premyer-liqasında 10-cu tura start veriləcək. Açılış matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.

Bilindiyi kimi, oyun turnir hədəfləri baxımından hər iki komanda üçün əhəmiyyətlidi. "Bozqurd" ilk "dördlük"ə möhkəmlənmək, "bayquşlar" liderliyini qorumaq uğrunda tər tökəcək.

Qarşılaşma üçün satılan biletlərin sayı məlum olub. Bu barədə "Football-plus.az"a Tovuz təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib. Klub rəsmisi indiyə qədər 650 bilet satıldığını açıqlayıb.

Xatırladaq ki, görüşün keçiriləcəyi Tovuz şəhər stadionu 6500 tamaşaçı tutumuna malikdi. Matç saat 18.30-da başlanacaq.

KƏNAN BAHADIR