“Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Ölkə kubokunun 2-ci təsnifat mərhələsinin “Kəpəz” - “Baku Sportinq” qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib.
Bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudu. Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1500 olmuşdu. 2023/2024 mövsümündə 2-ci təsnifat mərhələsinin “Turan Tovuz” – “Göygöl” (5:1) matçında qeydə alınan, 2024/2025 mövsümündə 1-ci təsnifat mərhələsinin “Şəki” – “Şəmkir” (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3,33 dəfə yüksək göstərici ilə yenilənib.
Ümumilikdə mərhələnin 12 oyununda 6830 seyrçi olub. Bu, 2-ci təsnifat mərhələləri üçün rekorddu. 2023/24 mövsümündə 11 matçda 3955, 2024/25 mövsümündə 11 qarşılaşmada 2780, 2025/26 mövsümündə 12 oyunda 2000 tamaşaçı qeydə alınmışdı.
1-ci təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidi. 2023/24 mövsümündə 5615, 2024/25 mövsümündə 4560, 2025/26 mövsümündə 2290 tamaşaçı qeydə alınmışdı.
"Kəpəz" "Turan Tovuz"un rekordunu yenilədi
Ölkə futbolu





