Milli DÇ-də neçənci yeri tutdu?

30.10.2026 12:40 36
Ölkə futbolu
U-15 millimiz Bakıda keçirilən dünya çempionatında son oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda 83-cü yer uğrunda görüşdə Əfqanıstanla qarşılaşıb. Hövsanda keçirilən matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb.

Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn Əfqanıstan millisi 83-cü, Azərbaycan isə 84-cü yeri tutub.

Millimiz qrup mərhələsində Şərqi Timor (6:0), Andorra (1:0) və İsrailə (3:1) qalib gəlib, Avstraliya (1:3) və Haitiyə (0:4) uduzub. Qrupda 3-cü yeri tutan komandamız 65-96-cı yerlər uğrunda mübarizəni davam etdirib.

Bu mərhələdə Çiliyə (1:3) məğlub olan millimiz Cəbəllütariq (5:1) və Mozambikə (4:1) qalib gəlib, Vyetnama (2:4) uduzub.

Yığmamız mundialda keçirdiyi 10 oyunun 5-də qalib gəlib, 5-də məğlub olub (Əfqanıstanla penaltilər seriyasında məğlubiyyət daxil olmaqla).