Yıldırımın idarə etdiyi ''Renc Rover'' markalı maşın bazadan çıxarkən dayanacaqda dayanmış maşınlardan birinə sürtmüşdü. Qəza anı orda olan jurnalistlərin kamerasına yaxalanmışdı. Yıldırım maşından düşməyə ehtiyac görməmiş və 4-5 saniyəlik fasilədən sonra sürərək ordan uzaqlaşmışdı. Sonradan onun digər maşına dəyən bütün zərəri qarşılayacağı bildirilmişdi.
Bu mövzuda yeni və daha da cəlbedici xəbər var. Yerli mənbələrin yazdığına inansaq, Yıldırım nəinki bütün zərəri qarşılamaq, hətta həmin maşının sahibinə yeni maşın hədiyyə etmək niyyətindədi. Həmin vurulan ''Reno'' markalı maşın isə artıq satışa çıxarılıb! Elanda bu sözlər yazılıb:
''Əziz Yıldırımın sürtdüyü maşındı. Arxa sol tərəfdə yüngül cızıq var. Toqquşmadan sonra əl vurulmayıb və cızıqlar olduğu kimi qalıb''.
Maşının qiyməti isə simvolik olaraq ''Fənər''in yaranma tarixinə uyğunlaşdırılaraq 631907 lirə kimi göstərilib. Bu da bizim pulla 21507 manat deməkdi.





