Milli futbolçuların cəzası sona çatdı

30.10.2026 12:57 36
Dünya futbolu
Qranit Caka ilə Brel Embolo artıq gələn ay milli formada görünə biləcəklər.

"Football-plus.az" xəbər verir ki, İsveçrə yığmasından kənarlaşdırılan futbolçuların komandaya qayıtmasına icazə verilib.

“Reuters”in məlumatına görə, saxta COVID-19 peyvənd sertifikatları əldə etdiklərinə görə cəzalandırılan Caka və Embolo gələn aydan milli komandaya dəvət ala biləcəklər. Hər iki futbolçu ikiillik sınaq müddəti ilə 150 min İsveçrə frankı məbləğində şərti cərimə olunub. Caka bundan sonra da milli komandanın kapitanı olacaq.

Qeyd edək ki, İsveçrə yığması Millətlər Liqasının qrup mərhələsində 4 oyuna 12 xalla liderdi. Komanda noyabrda Sloveniya və Şotlandiya ilə qarşılaşacaq.