Həm mətbuat katibi, həm də tərcüməçi! – İsgəndər İsgəndərovu Zaur Xudiyev əvəzlədi

30.10.2026 14:31 90
Ölkə futbolu
“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev həm də baş məşqçi Filipe Kandidonun tərcüməçisidi. Həmkarımız oyunsonrası mətbuat konfranslarında ünvanlanan sualları portuqaliyalı mütəxəssis, cavabları isə bizim üçün tərcümə edir.

Bəs, klubun sabiq tərcüməçisi İsgəndər İsgəndərovun taleyi necə oldu? Bu iş niyə mətbuat katibinin öhdəsinə düşüb?

Zaur bəy mövzu haqda “Football-plus.az”a açıqlama verdi. Klub rəsmisini dinləyək:

“İsgəndər bəy həm klubumuzun marketinq meneceri vəzifəsində çalışır, həm də tərcüməçilik edirdi. Şəxsi səbəblərdən işdən ayrıldı. Təcrüməçilik mənim üçün də maraqlıdı. Baş məşqçinin fikirlərini komandanın içində olan şəxs kimi daha dolğun çatdırmağa çalışıram. Belədə mütəxəssisin söylədiklərini daha dəqiq anlamaq mümkün olur”.

KƏNAN BAHADIR