Azərbaycan, Ermənistan, Hindistan... - "Sumqayıt"ın keçmiş hücumçusu nə axtarır?

30.10.2026 12:20 45
Dünya futbolu
“Sumqayıt”ın keçmiş hücumçusu Momo Yansane özünə yeni komanda tapıb.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı forvard Hindistanda oynayacaq.

Qvineyalı futbolçu “Kerala Blasters”lə müqavilə imzalayıb. O, 2027-ci il mayın 31-nə qədər Hindistan klubunda oynayacaq.

Momo 2025-ci ildə “Sumqayıt”da çıxış etmişdi, ordan isə Ermənistan "Pünik”inə keçmişdi.

Yansane “Nijni Novqorod”, “Şerif”, “Riyeka”, “Torpedo”(Kutaisi), “Omoniya”(Aradiuppu) kimi klublarda da çıxış edib.