"Araz-Naxçıvan" həlledici oyuna çıxır - "Piast"ı yenməliyik!

30.10.2026 10:37 27
İdman
"Araz-Naxçıvan" futzal komandası bu gün Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gələcək.

Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.

İlk görüşdə Macarıstan "Uypeşt"inə 5:4 hesabı ilə qalib gələn "qırmızı-ağlar" 2-ci turda Bosniya və Hersoqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.

Qrupda yalnız 1-ci yeri tutan komanda 1/8 finala yüksəlir.