Makdevid 200 xal həddini keçəcək?

30.10.2026 00:15 36
İdman
“Edmonton”un forvardı Konnor Makdevid cari mövsümdə keçirdiyi 11 oyunda 33 xal (8 qol, 25 ötürmə) toplayıb. Onun hər oyun üçün orta məhsuldarlığı 3 xal təşkil edir. 2026/27 mövsümündə hər komanda 84 oyun keçirəcək, bu isə o deməkdi ki, forvard indiki tempi qoruyacağı təqdirdə 252 xal toplayacaq.

"Football-plus.az" xəbər verir ki, bir müntəzəm çempionatda xal sayına görə rekord Ueyn Qretskiyə məxsusdu – 1985/86 mövsümündə 215 xal. Yalnız “Edmonton”un sabiq kapitanı, MHL tarixinin bombardiri 200 xal həddini aşıb. Mario Lemyenin ən yaxşı nəticəsi 199 xal olub. Makdevid indiyə qədər maksimum 153 (64+89) xal toplaya bilib – 2022/23 mövsümündə.

“Edmonton”un “Karolina”nı 6:5 hesabıyla məğlub etdiyi oyun Makdevid üçün bir başqa göstəriciyə görə də əlamətdar oldu. O, meydan sahiblərinin əsas vaxtda reallaşdırdığı 5 məhsuldar hücumun hamısında iştirak etdi – 2 qol və 3 ötürmə. Konor karyerasında 5 və ya artıq xal topladığı oyunların sayını 17-yə çatdırdı. Yalnız Ueyn Qretski, Mario Lemye və Fil Espozito belə oyunların sayına görə ondan irəlidədi.

“Boston”un hücumçusu və kapitanı David Pastrnyak bu komandanın heyətində müntəzəm çempionatda qol sayına görə Patris Berjerona çatdı. Çexiyalı hokkeyçi “San-Xose” ilə srağagünkü oyunda (6:4) 427-ci qolunu vurmaqla bu göstəricidə “Boston” tarixində 3-cü yerə şərik oldu. Pastrnyak 427-ci qolu 845-ci oyunda vurdu. Berjeron isə həmin həddə 1294-cü oyunda çatıb. Klub tarixinin snayperləri siyahısında ilk iki pillədə Connu Butsik (545) və Fil Espozito (459) qərarlaşıb.

23 oktyabr
Boston – Neşvill 6:0 (2:0, 2:0, 2:0)
Nyu-Cersi – Anahaym 4:1 (2:0, 0:0, 2:1)
Ottava – San-Xose 2:6 (1:1, 0:3, 1:2)
Pittsburq – Florida 4:0 (1:0, 1:0, 2:0)
Toronto – Reyncers 5:4 (2:1, 2:2, 1:1)
Aylenders – Los-Anceles 2:3 OT (0:2, 1:0, 1:0, 0:1)
Dallas – Vinnipeq 3:2 OT (0:0, 1:2, 1:0, 1:0)
Sent-Luis – Veqas 6:2 (2:0, 1:1, 3:1)
Kalqari – Minnesota 2:1 (2:0, 0:0, 0:1)
Edmonton – Karolina 6:5 B (1:1, 1:3, 3:1, 0:0)
Sietl – Yuta 5:3 (2:1, 1:0, 2:2)
Vankuver – Detroyt 2:5 (1:3, 0:1, 1:1)

24 oktyabr
Çikaqo – Monreal 1:4 (1:1, 0:2, 0:1)
Kolorado – Tampa-Bey 6:3 (2:0, 2:2, 2:1)
Filadelfiya – Anahaym 4:5 (2:0, 1:3, 1:2)
Nyu-Cersi – Los-Anceles 3:1 (0:0, 1:1, 2:0)

25 oktyabr
Boston – San-Xose 6:4 (1:1, 1:1, 4:2)
Vaşinqton – Baffalo 4:3 OT (1:2, 2:0, 0:1, 1:0)
Kolambus – Veqas 2:1 OT (1:1, 0:0, 0:0, 1:0)
Ottava – Reyncers 7:4 (2:0, 2:3, 3:1)
Pittsburq – Neşvill 3:2 OT (0:1, 1:1, 1:0, 1:0)
Sent-Luis – Karolina 0:4 (0:0, 0:3, 0:1)
Edmonton – Toronto 2:7 (0:1, 1:2, 1:4)
Yuta – Tampa-Bey 5:4 OT (2:3, 2:1, 0:0, 1:0)
Kalqari – Detroyt 4:1 (1:0, 3:1, 0:0)
Sietl – Minnesota 1:5 (1:1, 0:3, 0:1)
Çikaqo – Florida 2:3 (1:2, 1:0, 0:1)

26 oktyabr
Dallas – Aylenders 6:3 (2:1, 1:2, 3:0)
Vinnipeq – Monreal 1:2 (0:0, 0:2, 1:0)
Neşvill – Kolorado 6:2 (2:0, 3:1, 1:1)
Vankuver – Minnesota 2:4 (0:1, 0:2, 2:1)