Bəs bu xəbərlər həqiqəti nə dərəcədə əks etdirir? MOİK-in evdəki darmadağına nə səbəb olub? Bu suallara aydınlıq gətirmək üçün klubun mətbuat katibi Araz Əhmədovla əlaqə saxladıq:
“Yox, yazılanların hamısı tam cəfəngiyyatdı, elə bir şey yoxdu. Sadəcə, kubok oyunu olduğuna görə məşqçilər korpusu ehtiyat oyunçulara şans verdi. Elə heyətə baxanda da bunu görə bilərsiz. Qapıda ikinci, hətta üçüncü qapıçımız dayandı - Zeynal Əhmədzadə və Elbrus Kərimov. Birinci hissədən sonra qapıçını dəyişdik. Heyətə də baxa bilərsiz, yəni daha çox birinci liqa oyunlarında forma şansı qazanmayan futbolçulardan istifadə etdik.
Təbii ki, hesabın belə olmasının səbəblərindən biri də azlıqda oynamağımız oldu. Bilirsiniz ki, Zahid Mərdanov 73-cü dəqiqədə qırmızı vərəqə aldı və komandamız azlıqda qaldı. Amma mətbuatda yazılanların hamısı yalandı və elə bir şey yoxdu”.
Təbii ki, hesabın belə olmasının səbəblərindən biri də azlıqda oynamağımız oldu. Bilirsiniz ki, Zahid Mərdanov 73-cü dəqiqədə qırmızı vərəqə aldı və komandamız azlıqda qaldı. Amma mətbuatda yazılanların hamısı yalandı və elə bir şey yoxdu”.
Araz bəy təkzib etməyə çalışsa da, “hərbçilər”in baş məşqçisi İlham Yadullayevin “fanat.az”a verdiyi açıqlama şübhələri bir qədər də artırır:
"Çox ağır məğlubiyyət aldıq. Gözlənilməz məğlubiyyət idi. Təbii, uduzmaq olar, amma belə məğlubiyyət barədə danışmaq, nəsə demək də çətindi”.
Maraqlı məqam odu ki, Yadullayev əvəzedici oyunçulardan yararlanması haqda heç nə deməyib.
Yeri gəlmişkən, bu komandalar çempionatın 1-ci turunda da Binədə qarşılaşıb, onda qusarlılar 1:0 hesabıyla qalib gəlib.
İSRAYIL XEYRULLAYEV





