Bu gün "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasında 1-ci tur oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar" əsas mərhələdə ilk oyununda Macarıstan "Uypeşt"i ilə qarşılaşacaq.
Görüş Polşada "Prezero Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
"Araz-Naxçıvan" sabah Bosniya və Hersoqovinanın "Buba Mara", oktyabrın 30-da isə Polşanın "Piast" komandası ilə üz-üzə gələcək.
Araz-Naxçıvan – Uypeşt
Hakimlər: VİKTOR CHAİX (Fransa), Sergey Saçmans (Latviya), İqor Yaçevic (Latviya)
Qlivise. "Prezero Arena". Saat 16.00.
"Araz-Naxçıvan" "Uypeşt"lə qarşılaşır - ÇL
İdman





