"Araz-Naxçıvan" "Uypeşt"i məğlub etdi - ÇL-də uğurlu başlanğıc

27.10.2026 18:20 63
İdman
Bu gün "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasında 1-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar" əsas mərhələdə ilk oyununda Macarıstan "Uypeşt"ini məğlub edib - 5:4.

Matç Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçirilib. "Araz-Naxçıvan"ın heyətində Oktay Rüstəmli het-trik edib. Komandanın digər qollarını Fərid Ələkbərov və Kənan Manafov vurub.

"Araz-Naxçıvan" sabah Bosniya və Hersoqovinanın "Buba Mara", oktyabrın 30-da isə Polşanın "Piast" komandası ilə üz-üzə gələcək.