Barselona klubunda iki il işlədi

29.10.2026 23:43 18
Dünya futbolu
Manolo Qonsalesin “Espanyol”dakı fəaliyyəti iki il çəkib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu baş məşqçi ilə yolları ayırıb. Barselona klubunun mətbuat xidmətinin məlumatına görə, rəhbərlik ispaniyalı mütəxəssisi komandanın uğursuz nəticələrinə görə istefaya göndərib. Qonsales “Espanyol”a 2024-cü ildən rəhbərlik edirdi.

Komanda hazırda La Liqada 8 xalla 18-ci yeri tutur.