Sabah Misli premyer-liqasında 10-cu tura start veriləcək.
"Football-plus.az"ın məlumatına görə, bu tur cəzalı durumda olacaq futbolçuların adlarına aydınlıq gəlib. Belə ki, "İmişli"də çıxış edən Juninyo və "Neftçi"nin şərəfini qoruyan İqor Ribeyro komandalarına yardım edə bilməyəcək.
Bildirək ki, Juninyo 6-cı turda “Sabah”la oyunun 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. 4 oyun cəzalanan futbolçu komandasını 10 min manat ziyana salıb. Ribeyro isə 9-cu turda “Turan Tovuz”la oyunda birbaşa qırmızı vərəqə görüb. O, bu üzdən 2 matç cəza alıb. “Neftçi” buna görə 1000 manat cərimələnib.
Xatırladaq ki, qarşıdan gələn oyunlarda "pələnglər" "Kəpəz"in, "ağ-qaralar" "Şamaxı"nın qonağı olacaq.
KƏNAN BAHADIR
"Neftçi" Şamaxı səfəri üçün çarə axtarışında... - ah, xatakar Ribeyro...
Ölkə futbolu / Manşet





