Ölkə kubokunun 2026/27 mövsümü ilklə əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, “Marafon” ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib.
Sabirabad təmsilçisi buna nail olan ilk 2-ci liqa təmsilçisi olub. Turnirin debütantı əvvəlcə “Dinamo”nu 3:0, ardınca 1-ci liqa klubu “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.
2023/24 mövsümündən indiki formatda keçirilən turnirdə 2-ci liqa komandalarının iştirak etdiyi 1-ci təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə 2-ci təsnifat mərhələsində 2-ci liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri adlayıb.
"Marafon" dekabrın 1 və ya 2-də keçiriləcək 1/8 finalda “Araz-Naxçıvan”ın qonağı olacaq.
"Marafon"dan ölkə kubokunda tarixi uğur
Ölkə futbolu





