"Araz-Naxçıvan"ın oyunlarının təqvimi - ÇL

22.09.2026 15:00 108
İdman
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiyasının saytı məlumat yayıb.

Təmsilçimiz oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Hersoqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a qarşı keçirəcək.

5-ci qrupun oyunları Polşanın Qlivice şəhərindəki “Prezero Arena”da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.