“Uypeşt” “qiymət oxudu”, “Araz-Naxçıvan” “yox” dedi – ÇL oyununu necə izləyək?

27.10.2026 15:26 72
İdman
Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” bu gün futzal üzrə Çempionlar Liqasında 1-ci tur oyununu keçirəcək. “Qırmızı-ağlar” əsas mərhələdə Macarıstan “Uypeşt”i ilə qarşılaşacaq.

İş ondadı ki, əhəmiyyətli matç ölkəmizdə telekanallarda canlı yayınlanmayacaq. Bu barədə “Football-plus.az”a naxçıvanlıların prezidenti Mahmud Sadıqov məlumat verib. O, buna “Uypeşt”in çox baha qiymət təklif etməsinin səbəb olduğunu bildirib. Üstəlik, kluba yayın linki də verilməyib. "Araz-Naxçıvan"a yalnız matçdan sonra oyunun videoçəkilişinin yazıldığı disk təqdim ediləcək.

Xatırladaq ki, oyun Polşada “Prezero Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. “Araz-Naxçıvan” sabah Bosniya və Hersoqovinanın “Buba Mara”, oktyabrın 30-da isə Polşanın “Piast” komandaları ilə üz-üzə gələcək.

KƏNAN BAHADIR