"Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını keçirib.
"Football-plus.az" xəbər verir ki, turnirin əsas mərhələsinin 2-ci turunda Bosniya və Hersoqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələn Naxçıvan təmsilçisi rəqibinə 3:5 hesabı ilə uduzub.
Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan qarşılaşmada "qırmızı-ağlar"ın qollarını Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov vurublar.
Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı 5-ci qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi "Uypeşt"i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi "Piast"a qarşı keçirəcək.
"Araz-Naxçıvan" ikinci matçda uduzdu - ÇL
İdman





