Yamalın atası yenə qalmaqal yaratdı

30.10.2026 10:20 18
Dünya futbolu
Munir Nasraui yenə qalmaqala səbəbkar olub.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın futbolçusu Lamin Yamalın atası bu dəfə Barselona hava limanında insident törətməkdə ittiham olunur.

“El Espanyol” nəşrinin məlumatına görə, Nasraui hava limanındakı kafeteriya zonasında gödəkçəsini icazə verilməyən yerdə qoyub. Buna görə obyektin əməkdaşlarından biri ona irad bildirib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. İddialara görə, Yamalın atası qadının üzünə tüpürüb. Hadisəyə şahid olan sərnişinlərdən biri qadını müdafiə etməyə çalışıb. Lakin Nasraui onunla da mübahisə edib və stulu götürərək həmin şəxsin üzərinə atmağa cəhd göstərib.

Xatırladaq ki, Nasraui bir neçə gün əvvəl Londonda “London Palladium” teatrının yaxınlığında, “Qızıl top” mükafatlandırma mərasimindən sonra baş verən insidentdə iştirak edib. Həmin vaxt Rusiyanın nümayəndə heyətinin operatorunun telefonu az qala sındırılıb. Hadisə Rusiya yığmasının sabiq kapitanı Andrey Arşavinin gözü qarşısında baş verib.