Dünyanın 9-cu qadın tennisçisi İqa Sventek 2026 mövsümünü vaxtından əvvəl bitirdiyini elan edib. Buna sol budundan zədə alması səbəb olub.
"Football-plus.az" xəbər verir ki, 25 yaşlı polşalı ulduz məhz zədə üzündən oktyabrın 19-da Çinin Ninbo şəhərində start götürən WTA 500 turnirindən çəkilib. Bu isə onu noyabrın 7-14-ü aralığında İndian-Uellsdə keçiriləcək Yekun turnirdə iştirak imkanından məhrum edib.
İqa sosial şəbəkə hesabında belə açıqlama paylaşıb: “Bu il bir daha hansısa turnirdə oynamamağa qərar verdim. Bu isə o deməkdi ki, mənim üçün mövsüm bitib. Son bir neçə ay, daha dəqiqi, son bir neçə il mənim üçün qeyri-adi dərəcədə sıx keçib. Dincəlməyə və fiziki cəhətdən tam bərpa olunmağa ehtiyac hiss edirəm”.
Sventek 2026 mövsümündə yalnız bir turnirdə qalib gəlib. O, Toronto turnirinin finalında Yelena Rıbakinanı məğlub etməklə (6:2, 6:3) karyerasındakı 26-cı, WTA 1000 səviyyəsindəki 12-ci titulunu qazanıb.
Sventek üçün 2026 mövsümü bitdi
İdman





