Sinner üçün mövsüm bitib

14.10.2026 17:52 18
İdman
Dünyanın 1 nömrəli kişi tennisçisi Yannik Sinner 2026 mövsümünün qalan hissəsini buraxacağını elan edib. 25 yaşlı italiyalı bununla bağlı sosial şəbəkə hesabında video yayıb.

"Football-plus.az" xəbər verir ki, Sinner iyulun ortalarından bəri diz zədəsi üzündən korta çıxmır. O, builki “US Open”i də buraxıb:

“Hər kəsi salamlayıram. Son xəbərləri sizlə bölüşmək istəyirəm. Həkimlərlə birgə qərar verdik ki, diz zədəsinin müalicə kursunu keçməliyəm, bu isə o deməkdi ki, 2026 mövsümü mənim üçün bitdi. Son bir neçə il, xüsusən də Turində keçirilən Yekun turnir mənə çoxlu gözəl hisslər və emosiyalar bəxş edirdi. Bu il isə hər şey fərqli olacaq. İndi mən ancaq karyeramın uzunmüddətli perspektivi haqda düşünməliyəm. Korta tam hazır qayıtmaq üçün əlimdən gələni edəcəm. Dəstəyinizə görə bəribaşdan təşəkkür edirəm. Çox tezliklə sizlə yenidən kortda görüşəcəyimə ümidliyəm. Çao-çao”.