Dünyanın iki nömrəli raketkası Arina Sobolenko WTA-in Yekun turnirində iştirakı təmin edib.
"Football-plus.az" xəbər verir ki, belaruslu tennisçi ardıcıl 6-cı dəfə bu turnirə qatılacaq. O, iki dəfə (2022, 2025) finala qədər irəliləyib, 2023-cü və 2024-cü illərdə isə yarımfinalda oynayıb. Sobolenkonun bununla bağlı fikri: “Yorulmadan çəkdiyim əziyyət, məqsədyönlülük, intizam və davamlılıq məni belə ağlasığmaz nəticəyə gətirib çıxardığına görə çox sevinirəm. Yenidən Yekun turnirə qatıla biləcəyəm deyə, çox şadam, mövsümdəki sonuncu təkana hazırlaşıram”.
WTA-in Yekun turniri noyabrın 8-15-i aralığında İndian-Uellsdə keçiriləcək. Sobolenkoya qədər Yelena Rıbakina da turnirdə iştirakı təmin edib. Yeri gəlmişkən, məhz Qazaıxstan təmsilçisi ötən il bu turnirin qalibi olub.
Sobolenko ardıcıl 6-cı dəfə Yekun turnirə qatılacaq
İdman






