U-15 millimiz Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, Fəmiil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 8-ci oyununa çıxıb. “C” səviyyəsində 81-88-ci yerlər uğrunda mübarizə aparan yığmamız Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub.
Yığmamızın növbəti rəqibi Vyetnam olacaq. Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olacaq. Beləliklə, millimiz dünya çempionatını 84-cü yerdən aşağıda başa vurmayacaq.
Dünya çempionatında ümumilikdə 189 ölkənin yığması iştirak edir.
Millimiz Mozambiki məğlub etdi
Ölkə futbolu





