Qadınlarin Tennis Assosiasiyasının (WTA) Yekun turnirinin bütün iştirakçıları müəyyənləşib. Turnirə vəsiqə qazanan sonuncu tennisçi çexiyalı Karolina Muxova oldu.
"Football-plus.az" xəbər verir ki, ukraynalı Marta Kostyuk Çinin Ninbo şəhərində keçirilən turnirin ikinci dövrəsində Yekaterina Aleksandrova ilə görüşdən çəkilməklə Muxovanı qabaqlamaq şansını itirdi.
Yekun turnirinə xanımlardan Yelena Rıbakina (Qazaxıstan), Arina Sobolenko (Belarus), Mirra Andreyeva (Rusiya), Elina Svitolna (Ukrayna), Linda Noskova (Çexiya), Kori Qauff və Ceesika Pequla (hər ikisi ABŞ) da vəsiqə qazanıb. Həmin turnir noyabrın 8-15-i aralığında ABŞ-nin İndian-Uells şəhərində keçiriləcək. Turnirin son qalibi Rıbakınadı. O, bir əvvəl finalda Sobolenkoya qalib gəlib.
Yekun turnirin bütün iştirakçıları bəllidi
İdman





