Yunanıstan basketbolunda danışılmış oyunlarla bağlı genişmiqyaslı istintaq çərçivəsində Basketbol Federasiyasının prezidenti Vangelis Liolios da daxil olmaqla 6 nəfər barəsində həbs qərarı çıxarılıb. Araşdırma 2026-cı ilin aprelində “Marussi”nin federasiyanın fəaliyyəti və prezidenti ilə bağlı şikayətindən sonra başlayıb. Daha sonra danışılmış oyunlarla bağlı 8 əlavə şikayət daxil olub.
"Football-plus.az" xəbər verir ki, istintaq çərçivəsində son 10 ildə keçirilmiş 50 basketbol qarşılaşması araşdırılır. Şübhəli oyunlar məktəb yarışlarından ölkənin yüksək liqasınadək müxtəlif səviyyələri əhatə edir. Xaricdə keçirilmiş bir qarşılaşma da yoxlanılır.
İdman prokurorluğunun dindirdiyi şahidlərdən ikisi klub rəsmilərindən pul aldığını etiraf edib. Məhkəmə mənbələrinin məlumatına görə, könüllü ifadə verdikləri üçün onlar cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.
Araşdırma zamanı əyalətdə yaşayan hakimlərdən birinin evində 800 min avro (təxminən 1,6 milyon manat) nağd pul aşkarlanıb. Bu məbləğin hakimin qanuni gəlirləri ilə izah olunmadığı bildirilir.
Hakimin evində 800 min avro tapıldı
İdman





