Dünyanın birinci raketkası İqa Sventek Polşa Mətbuat Agentliyinin (PAP) versiyası üzrə Avropanın 2022-ci il üçün ən yaxşı idmançısı sayılıb.
Football-plus.az xəbər verir ki, sorğuya qitənin 20 informasiya agentliyi qatılıb. 118 bal toplayan Sventek 1-ci yeri tutub. Şüvüllə tullanan Arman Düplantis (106) ikinci, “Red Bull”un pilotu Maks Ferstappen (82) üçüncü olub. Ötən il bu mükafatı “Böyük dəbilqə” turnirlərinin 21 qat qalibi Novak Cokoviç qazanmışdı.
Bir neçə gün əvvəl Qadınların Tennis Assosiasiyası (WTA) da Sventeki ilin tennisçisi saymışdı. Polşalı 2022 mövsümündə “Rolan Qarros” və “US Open” qarışıq 8 titul qazanıb, ümumilikdə 11 WTA turnirində qalib gəlib.