“Gəncə” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Murad Dikmenin baş məşqçi olduğu kollektiv dördüncü turda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.
Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 19.00-da başlayacaq.
C qrupunda mübarizə aparan “Gəncə” əvvəlki oyunlarda Yunanıstanın “Kolossos” komandasına 62:80, Türkiyənin “Esenler Erokspor” kollektivinə isə 63:92 hesabı ilə məğlub olub. Təmsilçimizin üçüncü turda Bolqarıstanın “Rilski Sportist” klubu ilə oyunu təxirə salınıb.
"Gəncə" "Sportinq"lə üz-üzə gələcək
İdman




