Sumqayıtda "Mehdi Hüseynzadə" gözləntisi - həsrət "Şəfa" ilə sona çatacaqmı?

25.10.2026 23:57 513
Ölkə futbolu / Manşet
Sabah "Sumqayıt"ın bundan sonra ev oyunlarını "Mehdi Hüseynzadə"də keçirə bilib-bilməyəcəyi ilə əlaqədar qeyri-müəyyənlik sona çatacaq.

Bu barədə "Football-plus.az"a klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib. Həmkarımızın sözlərinə görə, sabah PFL-in əməkdaşları tərəfindən stadionun qazonuna baxış keçiriləcək. Bundan sonra yekun qərar ictimaiyyətə elan olunacaq.

Xatırladaq ki, mövsümün əvvəlində "Mehdi Hüseynzadə"nin qazonunda problem yaranıb. İdman qurğusuna uzun müddət əvvəl ot əkilsə də, bitməyib və bu üzdən örtüyün bərpa prosesi yubanıb.

"Kimyaçılar" noyabrın 2-də keçiriləcək 10-cu tur matçında "Şəfa"nı qəbul edəcək. Hələ ki, PFL-in rəsmi saytında bu qarşılaşmanın "Mehdi Hüseynzadə"də olacağı qeyd edilib. Baxışdan sonra matçın ünvanı ilə bağlı dəqiq bilgi dərc olunacaq.

KƏNAN BAHADIR