Kompani niyə xəstəxanalıq oldu?

26.10.2026 19:10 45
Dünya futbolu
“Bavariya”nın düşərgəsində Vensan Kompaniyə görə narahatlıq yaranıb.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubu baş məşqçinin səhhəti ilə bağlı məlumat yayıb. 40 yaşlı mütəxəssis ehtiyat komandanın məşqi zamanı huşunu itirdikdən sonra helikopterlə Münhendəki xəstəxanalardan birinə aparılıb. Klub Kompaninin hazırda xəstəxanada müayinədən keçdiyini və həkimlərin nəzarəti altında olduğunu bildirib.

“Bavariya”nın bəyanatında belə deyilir: “Cümə günü Vensan Kompani “Bavariya”nın ikinci komandasının məşqi zamanı huşunu itirdikdən sonra tibbi yardıma ehtiyac duyub. Əsas komandanın baş məşqçisi ehtiyat heyətin məşqində iştirak edirdi. Hazırda Kompani xəstəxanada hərtərəfli müayinədən keçir və həkimlərin nəzarəti altındadı. Hələlik onun məşqçilər korpusu bütün məşq və oyun proseslərinə rəhbərlik edəcək”.