Murad yaşıl meydana qayıtdı

26.10.2026 22:30 36
Dünya futbolu
"Pafos"un futbolçusu Murad Məmmədov zədəsini sağaldaraq yaşıl meydanlara qayıdıb.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı oyunçu Kipr çempionatının 7-ci turunda "Nea Salamina"ya qarşı matçın 70-ci dəqiqəsində meydana çıxıb.

Muradın komandası səfərdə keçirdiyi görüşdən 0:0 hesablı bərabərliklə ayrılıb.

"Pafos" 7 turdan sonra 12 xalla 5-ci sırada qərarlaşıb.