Millimiz Haitiyə böyük hesabla uduzdu

26.10.2026 22:11 144
Ölkə futbolu
U-15 millimiz Bakıda təşkil olunan dünya çempionatında qrupda son iki oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığmamız günün ikinci matçında Haiti millisi ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub. Bundan öncə Famil Xəlilovun baş məşqçi olduğu millimiz İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, yığmamız AF qrupunda çıxışını 3-cü yeri tutmaqla başa vurub. Komanda 65-96-cı yerlər uğrunda pley-off oyunlarında iştirak edəcək.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.