"Qarabağ"ın qapıçısı millidən dəvət aldı

26.10.2026 23:55 45
Ölkə futbolu
"Qarabağ"ın qapıçısı Martin Zlomisliç Bosniya və Hersoqovina milli komandasına dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Sergey Barbarez 28 yaşlı qolkiperi 26 nəfərlik heyətə daxil edib.

Bosniya və Hersoqovina yığması Millətlər Liqasında iki oyun keçirəcək. Komanda noyabrın 14-də Solnada İsveçlə səfərdə üz-üzə gələcək, üç gün sonra isə Zenitsada Rumıniyanı qəbul edəcək.